Bank Of Baku

Mahmudəli Çöhrəqanlı Vaşinqtonda xəstəxanaya yerləşdirilib

Mahmudəli Çöhrəqanlı Vaşinqtonda xəstəxanaya yerləşdirilib
# 15 avqust 2007 17:03 (UTC +04:00)
M. Çöhrəqanlının həyat yoldaşı Tahirə Avşarın APA-ya verdiyi məlumata görə, M. Çöhrəqanlı neçə müddət idi ki, qan təzyiqindən və şəkər xəstəliyindən əziyyət çəkir. Bir həftə öncə isə M. Çöhrəqanlının təzyiqi normadan artıq yüksəldiyindən, həkimlər onun xəstəxana şəraitində müalicə almasını məqsədəuyğun hesab ediblər. Avqustun 9-da xəstəxanaya yerləşdirilən M. Çöhrəqanlının səhhəti artıq normallaşıb. Avqustun 16-da onun evə buraxılacağı gözlənilir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR