Bank Of Baku

Mahmudəli Çöhrəqanlı xəstəxanadan evə buraxılıb

Mahmudəli Çöhrəqanlı xəstəxanadan evə buraxılıb
# 16 avqust 2007 16:19 (UTC +04:00)
GAMOH lideri M. Çöhrəqanlı ABŞ-dan APA-ya açıqlamasında bildirib ki, artıq neçə ildir qan təzyiqindən və şəkər xəstəliyindən əziyyət çəkir. Bir həftə öncə isə təzyiqi normadan artıq yüksəldiyindən, həkimlər onun xəstəxana şəraitində müalicə almasını məqsədəuyğun hesab ediblər. M. Çöhrəqanlı artıq səhhətinin normallaşdığını da deyib: “Qan təzyiqi ilə yanaşı şəkər xəstəliyim də var. Lakin bunlar qorxulu deyil, hər ikisi müalicə olunandır. Ancaq buna baxmayaraq, həkimlər bir daha belə vəziyyətin təkrarlanmamağı üçün diqqətli olmağı məqsədəuyğun hesab ediblər”.
Qeyd edək ki, GAMOH lideri M. Çöhrəqanlı qanında təzyiqin və şəkərin qalxması diaqnozları ilə avqustun 9-da Vaşinqtondakı xəstəxanaların birinə yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR