Bank Of Baku

Nijeqorodsk vilayətindəki azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti azərbaycanlı gəncləri bazara yox, təhsilə istiqamətləndirməyi vacib sayır

Nijeqorodsk vilayətindəki azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti azərbaycanlı gəncləri bazara yox, təhsilə istiqamətləndirməyi vacib sayır
# 20 avqust 2007 08:53 (UTC +04:00)
Bu baxımdan, Nijeqorodsk vilayətində yalnız qardaşlarımızla birgə yaratdığımız qurum fəaliyyətdədir. Məqsədimiz dilimizi, mədəniyyətimizi təbliğ etmək, Azərbaycandan bura gələn soydaşlarımızı iş yerləri ilə təmin etməkdir. Ən əsası, hazırda cəmiyyətimizin İdarə Heyətinin üzvləri həmvətənlərimizin qeydiyyat problemlərini həll etməklə ciddi məşğuldur”. Bu sözləri APA-ya açıqlamasında Rusiyanın Nijeqorodsk vilayətindəki azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin prezidenti Zaur İdrisov deyib. O bildirib ki, Rusiya hökuməti milli azlıqların yaratdıqları qurumlardan yalnız muxtariyyətləri tanıyır. Bu il Nijeqorodsk qubernatorunun bütün milli-mədəni muxtariyyətlər üçün vilayət büdcəsindən 6 milyon rubl vəsait ayırdığını açıqlayan Z. İdrisov hər muxtariyyət rəhbərinin gördüyü işə görə vəsait tələb edə biləcəyini söyləyib: “Mən qubernatorun yanında bu məqsədlə yaradılmış şuranın 28 üzvündən biriyəm. İnanıram ki, həmvətənlərimizin pasport qeydiyyatı problemini həll etdikdən sonra azərbaycanlıların burada heç bir problemi qalmayacaq. Gənclərimizi təhsil ocaqlarına yönləndirmək istərdik. Hamı gedib bazarda işləyəsi deyil ki? Burada savadlı həmvətənlərimiz yaşayır. Onları irəli çəkməli, oxutmalı, hökumət səviyyəsində işlərə düzəltməliyik”. Z. İdrisov qeydiyyat probleminin həlli üçün xüsusi mərkəz açmağı düşündüklərini vurğulayıb. Onun sözlərinə görə, Nijeqorodsk vilayətinin Baş Daxili İşlər İdarəsi, Pasport-Viza İdarəsi və azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti arasında üçtərəfli saziş imzalanacağı gözlənilir: “Əminəm ki, həmin sənəd imzalandıqdan sonra burada yaşayan azərbaycanlıların vəziyyəti xeyli asanlaşacaq. Çünki qeydiyyatdan keçməsən, işə düzəlmək mümkün deyil”. Z. İdrisov vilayətdə 40 minədək rəsmən qeydiyyatdan keçmiş azərbaycanlı yaşadığını, onların hamısının Rusiya vətəndaşı olduğunu deyib: “Qeyri-rəsmi məlumatlara görə isə burada yaşayan həmvətənlərimizin sayı 100 mindən çoxdur. Soydaşlarımız burada müvəqqəti 3 ay, 6 ay, bir il və daha çox müddətə də qeydiyyata düşə bilir”. Z. İdrisov bildirib ki, yerli əhali milliyyətindən asılı olmayaraq qanuna riayət edən, öz işini görən şəxslərə yaxşı münasibət göstərir. O, Rusiyada yaşasalar da, vətəni heç vaxt yaddan çıxarmadıqlarını da bəyan edib: “Hamımızın Azərbaycanda ata-anamız, qardaş-bacımız, qohumlarımız var. Həmişə iclaslarımızda da qeyd edirəm ki, hörmətli prezident İlham Əliyevə dəstək olmalı, ona kömək etməliyik. Azərbaycanın inkişaf etmiş, qüdrətli dövlətə çevriləcəyinə inanırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR