Bank Of Baku

Mahmudəli Çöhrəqanlı səhhətindəki problemlərlə bağlı həkim nəzarətindədir

Mahmudəli Çöhrəqanlı səhhətindəki problemlərlə bağlı həkim nəzarətindədir
# 23 avqust 2007 15:35 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı səhhətindəki problemlərlə bağlı həkim nəzarətindədir. M. Çöhrəqanlı ABŞ-dan APA-ya bildirib ki, bu il avqustun 16-da xəstəxanadan evə buraxılmasına baxmayaraq, həkimlər onun bir müddət nəzarət altında qalmasını məqsədəuyğun hesab edirlər. Xəstəliyinin müalicə olunacağına ümid etdiyini deyən M. Çöhrəqanlı siyasi proseslərdən ayrılmadığını da diqqətə çatdırıb: “Qan təzyiqi ilə yanaşı şəkər xəstəliyindən əziyyət çəksəm də, hər ikisinin müəyyən zamandan sonra müalicə olunacağına inanıram. Həkimlər isə belə hallın təkrarlanmamağı üçün diqqətli olmağı məsləhət görürlər və ona görə də bir müddət nəzarət altında qalmaq haqda qərar veriblər”.
Qeyd edək ki, GAMOH lideri M. Çöhrəqanlı qanında təzyiqin və şəkərin qalxması diaqnozları ilə avqustun 9-da Vaşinqtondakı xəstəxanaların birinə yerləşdirilib. O, avqustun 16-da xəstəxanadan evə buraxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR