Bank Of Baku

İraq türkmənləri Avropa Parlamentinin önündə mitinq keçirib

İraq türkmənləri Avropa Parlamentinin önündə mitinq keçirib
# 28 avqust 2007 08:30 (UTC +04:00)
İraq türkmənləri Brüsseldə Avropa Parlamentinin önündə mitinq keçirib. Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya BAK-da təmsil olunan İraq Türkmən Federasiyasının, İraq Türkmən Cəbhəsinin Almaniya şöbəsinin və İsveç Türkmən İnsan Haqları Təşkilatının birgə təşəbbüsü ilə baş tutub. 200 nəfərin iştirak etdiyi mitinq iki saat çəkib. Aksiya iştirakçıları İraqda türkmənlərə qarşı aparılan məkrli siyasətə və terror aksiyalarına son qoyulmasını tələb edərək, Kərkük şəhərinin zorla Şimali İraqa bağlanmasına qarşı olduqlarını tələb ediblər. Aksiyanın sonunda mitinq iştirakçılarından 6 nəfər Avropa Parlamentinin yüksək rütbəli məmurları tərəfindən qəbul edilib. Onlar aksiyanın qətnaməsini avroparlamentarlara təqdim ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR