Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi “İranda siyasi məhbuslara azadlıq!” mövzusunda dəyirmi masa keçirib

Dünya Azərbaycanlıları Konqresi “İranda siyasi məhbuslara azadlıq!” mövzusunda dəyirmi masa keçirib
# 28 avqust 2007 09:31 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) “İranda siyasi məhbuslara azadlıq!” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, DAK sədri Qulamrza Səbri Təbrizi İranda yaşayan milyonlarla Azərbaycan türkünün hüquqlarının qorunması üçün bu sahədə fəaliyyət göstərən təşkilatların səylərini birləşdirməsinin zəruriliyini bildirib, bunun üçün Azərbaycan dövlətinin də dəstəyinin vacib olduğunu vurğulayıb: “Bizim liderlərimiz nə xaricdədir, nə də Azərbaycanda. Bizim liderlərimiz İran həbsxanalarında olan, döyülən, təhqir olunan, işgəncəyə məruz qalanlardır”. Q. S. Təbrizi Sabir Rüstəmxanlını DAK sədrinin I müavini təyin etdiyini söyləyib.
S. Rüstəmxanlı İranda yaşayan Azərbaycan türklərinin demokratik hərəkata başladığını və bunun qarşısını almağın mümkün olmayacağını bildirib. O, Azərbaycana mətbuatını İranda yaşayan soydaşlarımızın problemlərinə biganə qalmamağa çağırıb. Tədbirdə siyasi baxışlarına görə İran həbsxanalarında cəza çəkən 118 nəfərin adından ibarət siyasi məhbusların siyahısı açıqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR