Bank Of Baku

Azay Quliyev: “Gürcüstandakı azərbaycanlılar təşkilatlanmalıdır”

Azay Quliyev: “Gürcüstandakı azərbaycanlılar təşkilatlanmalıdır”
# 31 avqust 2007 16:16 (UTC +04:00)
“Gürcüstanda yaşayan azərbaycanlılar bu dövlətə sədaqətli olublar. İndi də sədaqətlərini nümayiş etdirirlər. Təəssüf ki, Gürcüstan hökuməti tərəfindən azərbaycanlılara münasibət adekvat deyil”. Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev deyib. O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar ilk növbədə öz hüquqlarını qorumağı bacarmalıdır: “Azərbaycanlılar təşkilatlanmalı, ictimai birlik yaratmalıdır. Hər hansı vəsait, təlim və metodik yardım lazım gələrsə, biz onu etməyə hazırıq. Elə bir forma tapılmalıdır ki, bu insanlar təşkilatlana bilsin. Çünki azərbaycanlıların problemlərinin cüzi hissəsi həll olunub. Azərbaycanlılarla bağlı cinayət faktları açılmır, təhsil hüquqları əllərindən alınır. Digər milli azlıqlara isə Gürcüstan rəhbərliyi fərqli mövqe nümayiş etdirir. Hətta Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının binası da zəbt olunub”. A. Quliyevin sözlərinə görə, Azərbaycan Gürcüstana həmişə strateji müttəfiq kimi baxıb: “Azərbaycan Gürcüstanın ağır vaxtlarında onun yanında olub. Bütün bunlar Gürcüstan tərəfindən nəzərə alınmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR