Bank Of Baku

İsveçrədə ilk Azərbaycan məktəbi açılıb

İsveçrədə ilk Azərbaycan məktəbi açılıb
# 03 sentyabr 2007 12:59 (UTC +04:00)
Sentyabrın 1-də İsveçrənin Bern şəhərində Maarif İdarəsinin binasında Azərbaycan məktəbi açılıb. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Bu, İsveçrədə ilk Azərbaycan məktəbidir. Məktəbin açılışında bu ölkənin müxtəlif yerlərindən şagirdlər və valideynlər iştirak ediblər. İlk dərs günündə onlara tədrisin qaydaları və prinsipləri izah edilib. Uşaqlar Azərbaycan dilindən test imtahanı verərək qruplara bölünüblər. Valideynlər də məktəbin səmərəli fəaliyyəti üçün hər cür dəstək verəcəklərini bildiriblər. Məktəbin açılışına toplaşanlar sonra Bern şəhərinin görməli yerləri ilə tanış olublar. Qeyd edək ki, İsveçrədə 40 minədək soydaşımız yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR