Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyi Bakının azad edilməsinin 89 illiyinə həsr olunmuş tədbir keçirəcək

DAK-ın Azərbaycan nümayəndəliyi Bakının azad edilməsinin 89 illiyinə həsr olunmuş tədbir keçirəcək
# 06 sentyabr 2007 13:19 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində yeni struktur dəyişikliklərinə və nəzərdə tutulan tədbirlər planına həsr olunmuş iclas keçirilib. APA-nın xəbərinə görə, iclası giriş sözü DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev açaraq, nümayəndəlikdə yeni struktur və bölmələrin yaradıldığını, ictimaiyyət və cəmiyyətlə, türkdilli dövlətlərlə, respublikamızdan kənarda yaşayan və Azərbaycançılıq ideyalarını dünya ictimaiyyətinə çatdırmaq üçün çalışan bütün tərəqqipərvər insanlarla iş aparıldığını vurğulayıb. Türk dövlətləri və xalqları ilə əlaqə departamentinin rəhbəri Şəmistan Əlizamanlı çıxış edərək, DAK-ın Azərbaycan nümayəndəliyi tərəfindən sentyabrın 14-də erməni və rus bolşeviklərindən Bakının azad olmasının 89 illiyinə, sentyabrın sonunda 1918-ci ildə Nuru Paşanın Gəncəyə səfərinə, rus-erməni bolşeviklərinə qarşı mübarizəsinə həsr olunmuş tədbirlərin keçiriləcəyini, oktyabr ayında isə Sumqayıt şəhərində açıq havada vətənpərvərlik ruhunda konsert proqramı təşkil olunacağını bildirib. Akademik Vəli Əliyev, hüquqşünas Adil Minbaşı, polkovnik Eldar Rüstəmov və başqaları çıxış edərək, dünyadakı bütün türklərlə əlaqə yaratmağa çalışdıqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR