Bank Of Baku

ABŞ-da II Azərbaycan-Amerika Akademik Gənclər Forumu keçiriləcək

ABŞ-da II Azərbaycan-Amerika Akademik Gənclər Forumu keçiriləcək
# 15 oktyabr 2007 08:22 (UTC +04:00)
ABŞ-da II Azərbaycan-Amerika Akademik Gənclər Forumu keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun xəbərinə görə, Forum bu il dekabrın 1-də ABŞ-nin San-Fransisko şəhərində işinə başlayacaq. Tədbirin təşkilatçısı Azərbaycan-Amerika Şurasıdır, bundan başqa Azərbaycanlı Tələbələrin Avropa Forumu, Məzunlar Şəbəkəsi, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Amerika-Azərbaycan Cəmiyyəti də forumun keçirilməsinə dəstək verir. Forumda “Azərbaycan milli kimliyinin formalaşmasında tarix və mədəniyyətin rolu”, “Şəbəkələşmə və akademik mübadilə”, “Geopoltika: Azərbaycanın əlaqələri və məqsədləri”, “İqtisadiyyat: 2025-ci ilə kimi inkişaf, artım və perspektivlər”, “Diaspor: baza və icma maraqları” mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, bu tipli ilk forum ötən il ABŞ-ın Kaliforniya ştatında keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR