Bank Of Baku

Azərbaycanın Müstəqillik günü və Amerika-Azərbaycan Cəmiyyətinin 50 illik yubileyi münasibəti ilə Nyu-Yorkda tədbirlər keçiriləcək

Azərbaycanın Müstəqillik günü və Amerika-Azərbaycan Cəmiyyətinin 50 illik yubileyi münasibəti ilə Nyu-Yorkda tədbirlər keçiriləcək
# 16 oktyabr 2007 15:47 (UTC +04:00)
Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul olunmasının 16-cı ildönümü və Amerika-Azərbaycan Cəmiyyətinin yaranmasının 50 illiyi münasibəti ilə ABŞ-ın Nyu-York şəhərində böyük tədbirlər keçiriləcək. Bu barədə APA-ya millət vəkili Qənirə Paşayeva bildirib. Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək ilk tədbir Nyu-Yorkun mərkəzi meydanı olan Wall Streets-in yaxınlığında baş tutacaq. Burada Azərbaycan və ABŞ-ın bayraqları qaldırılacaq, dövlət himnimiz səslənəcək. Nyu-York şəhərinin rəsmiləri, həmçinin Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri tədbirdə iştirak edəcəklər. Mərasimdə Nyu-York merinin təbrik məktubu oxunacaq. Həmin gün axşam isə əlamətdar gün münasibəti ilə Amerika-Azərbaycan Cəmiyyətinin və Bruklinin prezidenti Marty Markovitzin təşkilatçılığı ilə Bruklin qərargahında ikinci tədbir keçiriləcək. Burada da Azərbaycanın bayrağı dalğalandırılacaq. Çoxsaylı qonaqların dəvət olunduğu tədbirdə ABŞ prezidenti Corc Buşun və Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubları oxunacaq. Tədbirdə millət vəkili Qənirə Paşayevanın da çıxışı nəzərdə tutulub. O, çıxışında Azərbaycan-ABŞ münasibətləri, Amerika-Azərbaycan Cəmiyyətinin fəaliyyəti, Dağlıq Qarabağ problemi barədə danışacaq. Q. Paşayevanın ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi cəmiyyətlərinin nümayəndələri ilə təmasları, eyni zamanda bir sıra rəsmi görüşləri gözlənilir.
Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyəti 1957-ci ildə yaranıb və Azərbaycanın ən qədim, nüfuzlu diaspora təşkilatlarından biridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR