Bank Of Baku

Sabir Rüstəmxanlı DAK İdarə Heyətinin üzvlərinə müraciət edib

Sabir Rüstəmxanlı DAK İdarə Heyətinin üzvlərinə müraciət edib
# 17 oktyabr 2007 10:54 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin I müavini Sabir Rüstəmxanlı təşkilatın İdarə Heyəti üzvlərini eyni mövqedən çıxış etməyə çağırıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı S. Rüstəmxanlı tərəfindən İdarə Heyətinin üzvlərinə ünvanlanan müraciətdə onlardan DAK-ın işində yaxından iştirak etməsi istənilib: “Ortada inam olmasa, işləmək mümkün deyil. Biz bir-birimizə inanmalıyıq. Demokratik Dünya Azərbaycanlıları Konqresinin və digər diaspor təşkilatlarının bizim təşkilata birləşməsi ilə bağlı söhbətlər və bu dialoqlar qaçılmazdır. Bu, bizim təşkilatımızın birləşdirici güc olduğunu, qanımıza işləmiş xırdalıqlardan xilas olmaq üçün yol axtarmağı göstərməklə, həm də güneyli qardaşlarımızın birlik istəyidir. Nəticə nə olacaq, deyə bilmərəm, ancaq biz hər cür müzakirəyə açıq təşkilatıq. Öz qardaşlarımızdan düşmən yapa-yapa böyüyüb irəli gedə bilmərik. Bu mənada professor Qulamrza Səbri Təbrizinin birləşmək istəyini top-tüfənglə qarşılamaq lazım deyil. Onun birləşmə təşəbbüsü hamıya hörmət gətirən mövqedir”. Müraciətdə İdarə Heyətinin üzvlərindən DAK-ın qərarlarına hörmətlə yanaşmaq da zəruri hesab edilib: “Birləşmə təklifi ilə vaxtilə Cavad Derəxti də çıxış etmişdi. O vaxt onun təklifi belə qarşılanmamışdı. Bəzi dostlarımız professor Təbrizidən və Bakıdan gələn bütün təkliflərə şübhə ilə yanaşırlar. Xahiş edirəm bu məsələyə diqqət yetirəsiniz. Ürəyində zərrə qədər Vətən sevgisi olan hər bir namuslu adam şəxsi problemlərini bir kənara qoyub didişməkdənsə, milli maraqlar uğrunda mübarizə aparmalıdır”. Müraciətdə növbəti İdarə Heyəti üzvlərinin bəzilərinin çirkin oyunlarla məşğul olduğu da qeyd olunub, lakin həmin şəxslərin adları açıqlanmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR