Bank Of Baku

Seyfəddin Altaylı: “Bütün türk xalqları vahid bir dillə birləşməlidir”

Seyfəddin Altaylı: “Bütün türk xalqları vahid bir dillə birləşməlidir”
# 17 oktyabr 2007 14:25 (UTC +04:00)
“Bu gün türk dünyasının ən böyük problemi mədəniyyətdə inteqrasiya, vahidləşmədir. Bunun da ilkin pilləsi türk dünyasının Folklor Akademiyasının yaradılmasıdır. Ortaq türk dilinin yaradılması bizim qarşımızda dayanan ən vacib bir məsələdir. Bütün türk xalqları vahid bir dillə birləşməlidir”. Bu açıqlamanı APA-ya Bakıda keçirilən V Uluslararası Folklor Konfransının iştirakçısı, türkiyəli tanınmış alim, doktor Seyfəddin Altaylı verib. O bildirib ki, hazırda geniş müzakirə olunan ortaq dili kimi Azərbaycan və ya Türkiyə türkcəsinin götürülməsinin tərəfdarıdır: “Mənə görə, ortaq dil bu iki dildən biri olmalıdır. Bizim ürəyimizdən keçən türk dünyasının mənəvi, mədəni vəhdətidir. Azərbaycanda keçirilən V Uluslararası Folklor Konfransı bu gün bütün türkləri bir araya gətirib”. Bu tədbirin təşkilatçısı olan Azərbaycan Elmlər Akademiyası Folklor İnstitutunun bütün türk dünyasının Folklor Akademiyası halına gətirilməsini təklif edən görkəmli türkoloq və folklorşünas o zaman türk xalqları alimlərinin bir çox problemlərinin daha asanlıqla həll olunacağına inandığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR