Bank Of Baku

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Müstəqillik Günü qeyd olunub
# 17 oktyabr 2007 15:20 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində (BƏƏ) Ramazan bayramı, İlham Əliyevin Azərbaycan prezidenti seçilməsinin 4 illiyi və 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbirə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, türk diaspor təşkilatları, həmçinin yerli qonaqlar dəvət olunub. Dubaydakı Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov müstəqillik tariximiz, Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində əldə olunan uğurlar barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, İlham Əliyevin ötən ilin sonunda BƏƏ-yə səfərindən sonra bu ölkədə Azərbaycan diasporuna münasibət daha da yaxşılaşıb. Tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi Osmanlı imperiyasında işğalçı qüvvələrlə əməkdaşlıq edən erməni əhalisinin bir hissəsinin köçürülməsi ilə bağlı 1915-ci ildə baş vermiş hadisələrin “soyqırım” adlandırılması haqqında 106 nömrəli qətnamə layihəsini pisləyən bəyanatı da iştirakçılara paylanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR