Bank Of Baku

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü və Azərbaycan Amerika Cəmiyyətinin 50 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü və Azərbaycan Amerika Cəmiyyətinin 50 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib
# 19 oktyabr 2007 08:07 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, yubiley tədbirləri Manhettenin Broadway küçəsində Azərbaycan və ABŞ bayraqlarının qaldırılması ilə başlanıb. Tədbirdə çıxış edən Azərbaycan Amerika Cəmiyyətinin (AAC) prezidenti Tomris Azəri bəyan edib ki, hər iki ölkənin bayraqlarının qaldırılması bu ölkələri eyni qədər özləri üçün vətən sayan və xidmət edən insanların şərəfinə təşkil olunub. Daha sonra Nyu-York şəhərinin keçmiş meriya binası olan “Bruklin Borough Hall”da 150 qonağın iştirakı ilə təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Amerika Cəmiyyətinin yubileyi münasibəti ilə prezidentlər İlham Əliyev və Corc Buşun təbrik məktubları oxunub. Daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və mədəniyyət naziri Əbülfəz Qarayevin də yazılı müraciətləri qonaqlara təqdim olunub. Mərasimdə Bruklin Boroughun prezidenti Marty Markovitz çıxış edərək AAC-nın şəhərdə apardığı faydalı fəaliyyət, diaspora işlərindəki nailiyyətlərini qeyd edib. Bundan sonra Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ölkəmizin BMT-dəki daimi nümayəndəliyin rəhbəri Aqşin Mehdiyev, Azərbaycanın Los-Ancelesdə baş konsulu Elin Süleymanov, millət vəkili Qənirə Paşayevə nitq söyləyiblər. Qənirə Paşayeva çıxışında “Bruklin Borough”un prezidenti Marty Markovitzi Azərbaycana səfərə dəvət edib. Mənzil qərargahı Kaliforniyada yerləşən Amerika Azərbaycan Şurasının sədri Cavid Hüseynov isə 18 oktyabr Azərbaycanın Müstəqillik Günü münasibəti ilə ABŞ-ın Qərbində yerləşən ştatların qubernatorları - Kaliforniya qubernatoru Arnold Şvartseneqqerin, Vaşinqton ştatının qubernatoru Kristina Qreqorinin və Montana ştatının qubernatoru Brain Şheveirtzerin təbrik məktublarını oxuyub. Qeyd edək ki, mərasimə Nyu-Yorkun yəhudi icmasının nümayəndələri, Gürcüstanın BMT-də daimi nümayəndəliyin rəhbəri İrakli Alasaniya və Moldova nümayəndəsi Vsevolod Qriqori də iştirak ediblər. Təntənəli mərasimdə qonaqlara Azərbaycan mətbəxinin nümunələri də təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR