Bank Of Baku

Benilüks Azərbaycanlıları Konqresi Amsterdam merini təbrik edib

Benilüks Azərbaycanlıları Konqresi Amsterdam merini təbrik edib
# 23 oktyabr 2007 14:12 (UTC +04:00)
Mərkəzi qərargahı Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresi bu şəhərin meri Burqomister Job Coheni 60 illik yubileyi münasibəti ilə təbrik edib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrik məktubunda Niderland Krallığının paytaxtında gördüyü faydalı işlərə və yaratdığı qayda-qanuna görə merə təşəkkür bildirilir. Benilüks Azərbaycanlıları Konqresinin rəhbəri Sahil Qasımov təbrik məktubu ilə birlikdə Amsterdamın meri Job Cohenə “Əli və Nino” kitabının holland dilinə tərcümə edilmiş variantını da hədiyyə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR