Bank Of Baku

Hollandiyada “Azərbaycan günü” keçirilib

Hollandiyada “Azərbaycan günü” keçirilib
# 23 oktyabr 2007 16:01 (UTC +04:00)
"Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Niderland Krallığının Apeldorn şəhərində “Azərbaycan günü” keçirib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, birliyin sədri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti Gülşən Kazımova bildirib ki, Azərbaycanı ən sadə hollandiyalıya daha yaxından tanıtmaq məqsədilə bundan sonra əyalətlərdəki məktəblərdə, uşaq və əlillər evlərində, xəstəxanalarda, ahıllar üçün pansionatlarda müntəzəm olaraq müxtəlif tədbirlər keçirəcəklər. Bu təklif ilk olaraq Apeldorn şəhərindəki “Veenkamp” Ahıllar Evində gerçəkləşdirilib və orada Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycanı tanıtım tədbiri təşkil olunub. Tədbirdə yerli ictimai təşkilatların nümayəndələri ilə yanaşı, mətbuat və bələdiyyə təmsilçiləri də iştirak edib. Tədbirə qatılan Apeldorn bələdiyyəsi sədrinin birinci müavini məlumat verib ki, şəhər rəhbərliyi Azərbaycan şəhərlərindən biri ilə əməkdaşlıq haqqında layihəni nəzərdən keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR