Bank Of Baku

Hyuston Azərbaycanlıları Cəmiyyəti Beynəlxalq Fort Bend Festivalında iştirak edib

Hyuston Azərbaycanlıları Cəmiyyəti Beynəlxalq Fort Bend Festivalında iştirak edib
# 24 oktyabr 2007 07:50 (UTC +04:00)
Oktyabrın 21-də ABŞ-ın Texas ştatında fəaliyyət göstərən Hyuston Azərbaycanlıları Cəmiyyətinin üzvləri həmin ştatda keçirilən ənənəvi Beynəlxalq Fort Bend Festivalında iştirak ediblər. Cəmiyyətin üzvü Cavid Zeynalovun APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, 5 000 tamaşaçının qatıldığı mərasimdə Azərbaycanın təqdimat mərasimi Rəşid Behbudovun “Azərbaycan” musiqisinin sədaları altında başlanıb. Bu zaman böyük televiziya ekranında ölkəmizin mədəniyyəti, tarixi və ənənələrinə həsr olunan klip göstərilib. Milli geyimdə olan 17 həmvətənimiz isə milli bayrağımızı dalğalandıraraq tamaşaçılar arasından keçiblər. Daha sonra cəmiyyətin rəqs qrupu üç Azərbaycan rəqsini təqdim ediblər. Əlavə olaraq qonaqlar “Turquoise Grill” restoranında hazırlanan milli yeməklərin - plov, mutaki şirniyyatı və digər yeməklərin dadına baxa biliblər. Eyni zamanda yerli Azərbaycanlı sənətkarı Məsud Fərəsçı milli kitablar, rəsm əsərləri və video materiallarla ölkəmiz barədə qonaqlara məlumat verib. Qeyd edək ki, bu il Hyuston Azərbaycanlıları Cəmiyyəti Beynəlxalq Fort Bend Festivalının etnik lideri və sponsorlarından biri olub. Festivalda Azərbaycan sərgisinin təşkil olunmasında Azərbaycan-ABŞ Ticarət Palatası, Azərbaycanın Los-Ancelesdə baş konsulluğu, Azərbaycan Tələbələr Birliyi yaxından iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR