Bank Of Baku

Moskvada Azərbaycanın Müstəqillik Günü ilə bağlı mətbuat konfransı keçirilib

Moskvada Azərbaycanın Müstəqillik Günü ilə bağlı mətbuat konfransı keçirilib
# 25 oktyabr 2007 11:17 (UTC +04:00)
Moskvada Azərbaycanın Müstəqillik Günü ilə bağlı mətbuat konfransı keçirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru Eldar Quliev APA-ya bildirib ki, mətbuat konfransında ÜAK-ın vitse-prezidenti Əfrand Daşdəmirov Rusiya-Azərbaycan münasibətləri, Azərbaycan diasporunun vəziyyəti, miqrasiya problemləri, tarix elmləri doktoru Alla Yazıkova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında danışıqlar barədə KİV nümayəndələrinin suallarını cavablandırıblar. A. Yazıkova bildirib ki, münaqişənin həlli üçün tərəflər arasında etimad artırılmalıdır. O hesab edir ki, bu etimad yaranmadıqca, yaxın zamanlarda münaqişənin həllini çətin ki gözləmək olar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR