Bank Of Baku

Mahir kamança ifaçısı Cefri Verbok Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində konsert verəcək

Mahir kamança ifaçısı Cefri Verbok Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində konsert verəcək
# 26 oktyabr 2007 13:54 (UTC +04:00)
Azərbaycanın musiqi aləti olan kamançanın mahir ifaçısı olan amerikalı Cefri Verbok noyabrın 3-də yenidən Londonda konsert verəcək. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, London Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Londondakı Azərbaycan Evi mədəniyyət mərkəzində keçiriləcək tədbir zamanı həmçinin onun bu ölkədə yaşayan azərbaycanlılar, eləcə də Azərbaycan mədəniyyətinin pərəstişkarları ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, C. Verbok bu il oktyabrın 19-da, Böyük Britaniya paytaxtının mərkəzində yerləşən “Pushkin House” salonunda konsert proqramı ilə çıxış edib. Proqramda Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, İngiltərədəki Azərbaycan ictimaiyyətinin üzvləri və digər icmaların nümayəndələri iştirak ediblər. Oktyabrın 20-də isə amerikalı musiqiçi London Azərbaycan məktəbində keçirilən "Sara xatun" Qadınlar Cəmiyyətinin ilk toplantısı münasibətilə Azərbaycan müğənnisi Almaz Ələsgərli ilə birlikdə çıxış edib, şagirdlərə muğam barədə məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR