Bank Of Baku

Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans keçiriləcək

Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans keçiriləcək
# 26 oktyabr 2007 16:32 (UTC +04:00)
Bu il noyabrın 6-8-də Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans keçiriləcək. Azərbaycanın Budapeştdəki səfirliyindən APA-ya verilən məlumata görə, ilk belə konfrans 2006-cı ilin mayında keçirilib. Azərbaycanın Budapeştdəki səfirliyinin Macarıstan Elmlər Akademiyası, Karl Kaspar Universiteti və dövlət universitetlərdən biri ilə birgə təşkil etdiyi tədbirdə 34-dən çox macar alim iştirak edəcək. Azərbaycandan isə tədbirə Azərbaycan Milli Elmlər Akademiyası, Atatürk Mərkəzi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və digər qurumlardan nümayəndələr qatılacaq. Konfrans üç sessiyaya bölünəcək. Noyabrın 6-da tarix, folklor və etnik, noyabrın 7-də ədəbiyyat və linqvistika, noyabrın 8-də isə siyasi və iqtisadi aspektlərdə qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR