Bank Of Baku

Hollandiya səmasında quyruğuna türk bayrağı və “Şəhidlər ölməz” şüarı yazılmış təyyarə uçub

Hollandiya səmasında quyruğuna türk bayrağı və “Şəhidlər ölməz” şüarı yazılmış təyyarə uçub
# 29 oktyabr 2007 08:26 (UTC +04:00)
Dünən quyruğuna 30 metrlik türk bayrağı və təxminən 100 metrlik “Şəhidlər ölməz” şüarı yazılmış təyyarə Hollandiya səmasında uçuşlar edib. APA-nın məlumatına görə, təyyarə Hilvesum, Amsterdam, Rotterdam, Utrext şəhərlərinin üzərində manevrlər edib. Polisə tabe olmadan adıçəkilən şəhərlər üzərində uçan təyyarəni seyr etmək üçün əhali küçələrə çıxıb. Saat 13:41-də isə təyyarə ölkənin siyasi paytaxtı Haaqaya gəlib və yarım saata qədər uçuş edib. Bəzən lap alçaqdan uçan təyyarəni türk əsilli şəxslər alqışlayıb, polislər isə küçələri və idarələri əhatəyə alıb. Hollandiyada yaşayan kürdlər həmin təyyarədə terrorçuların olduğunu iddia ediblər. Saat 17:00-a kimi Hollandiya səmasını dolaşan və Hilvesum şəhərinin aeroportuna enən təyyarənin pilotunun holland olduğu bəlli olub. Məsələ ötən gün Hollandiya televiziyalarında müzakirəyə çıxarılıb. Bu gün isə yerli vaxtla 15:50-da Hollandiyanın Utrext şəhərində Azərbaycan və Türk diasporlarının nümayişi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR