Bank Of Baku

17-19 noyabrda Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək

17-19 noyabrda Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək
# 29 oktyabr 2007 15:57 (UTC +04:00)
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsini və bir-birini daha yaxından tanımasını təmin etmək, türk mədəniyyətinin zənginliklərini təbliğ etmək, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək və türk dövlət cəmiyyətlərinin ümumi problemlərini birlikdə həlli yollarını araşdırmaqdır. XI qurultaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustanla yanaşı, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Kabardin-Balkar, Tatarıstan, Qaraçay-Çərkəz respublikalarında, Krım, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan türkdilli xalqların nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz, Ahıska türkləri qatılacaqlar. Həmçinin Amerika, İdil-Ural, Sibir, Yaxın Şərq, Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının rəhbərləri də tədbirə dəvət olunublar.
Qeyd edək ki, 30 ölkədən 550-dək nümayəndə və qonağın dəvət olunduğu qurultayın açılışında Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, habelə türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir. 1993-cü ildən Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfi (TÜDEV) keçirir. Əvvəlki 10 qurultayın hamısı Türkiyədə keçirilib. 2006-cı il sentyabrın 18-20-də Antalyada keçirilən 10-cu qurultayda iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə növbəti qurultayın Bakıda keçirilməsi qərara alınıb. Beləliklə, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilk dəfədir Türkiyədən kənarda keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR