Bank Of Baku

Ümumrusiya Azərbaycanlılar Konqresi “Rus marşı”nın keçirilməsi ilə əlaqədar soydaşlarımıza xəbərdarlıq edib

Ümumrusiya Azərbaycanlılar Konqresi “Rus marşı”nın keçirilməsi ilə əlaqədar soydaşlarımıza xəbərdarlıq edib
# 01 noyabr 2007 15:26 (UTC +04:00)
Konqresin mətbuat katibi Fərhad Ağamalıyev APA-ya açıqlamasında deyib ki, ÜAK hər zaman soydaşlarımıza insanların sıx toplaşdığı yerlərdən kənar qalmağı tövsiyə edir. “Rus marşı” adı altında 2005-ci ildə keçirilmiş ilk aksiyanın çox səs-küylü və ekstremist əhval ruhiyyəli olduğunu söyləyən mətbuat katibi icazə verilməməsinə baxmayaraq, ötən il də analoji aksiyanın keçirilməsinə cəhd göstərildiyini, lakin istənilən nəticənin əldə edilmədiyini xatırladıb. Moskvanın pis idarə edilən meqapolis olmasına diqqət çəkən F. Ağamalıyevin sözlərinə görə, belə günlərdə, adətən, paytaxt küçələrinə çoxsaylı milis əməkdaşlarının çıxarıldığını, bununla belə, insidentlərin qarşısını almağın mümkün olmadığını bildirib. Budəfəki aksiyanın insidentsiz keçəcəyinə ümid edən soydaşımız belə aksiyaların keçirilməsininin qarşısının dövlət qurumları tərəfindən alındığını qeyd edib.
Qeyd edək ki, Rusiyanın milliyyətçi vətənpərvər qüvvələri Moskva və Rusiyanın digər şəhərlərində noyabrın 4-də “Rus marşı” keçirməyi planlaşdırır. Moskvada həmin gün biri səhər, digər isə axşam olmaqla, iki aksiya planlaşdırılır. Tədbirlər eyni marşrutla - “Baqration” körpüsündən “Ukrayna” mehmanxanasına kimi yürüş və orada mitinq keçiriləcək. Tədbirin təşkilatçıları bildiriblər ki, Moskva rəhbərliyi aksiyada 7 minə qədər insanın iştirakına icazə verib.
Xatırladaq ki, ilk “Rus marşı” 4 noyabr 2005-ci ildə keçirilib. “Rusiya ruslar üçün” şüarı ilə keçirilən aksiya qeyri-rusların döyülməsi ilə müşayiət olunub. Ötən il isə Moskva rəhbərliyi bu tədbirin keçirilməsinə icazə verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR