Bank Of Baku

Azərbaycanlı gənclər Belarusda təqaüdçülərlə nikaha daxil olaraq, bu ölkədə bizneslə məşğul olurlar

Azərbaycanlı gənclər Belarusda təqaüdçülərlə nikaha daxil olaraq, bu ölkədə bizneslə məşğul olurlar
# 01 noyabr 2007 15:36 (UTC +04:00)
Belarusun Polşa və Litva ilə sərhədinlə yerləşən Qrodno şəhərində Orta Asiya və Qafqaz respublikalarından hər il 2-3 min gənc, əsasən də, azərbaycanlılar müvəqqəti yaşamaq üçün icazə alır. APA-nın “Belta” agentliyinə istinadən verdiyi xəbərə görə, onların əksəriyyəti Qrodnoda bir müddət, yaxud da həmişəlik qalmaq üçün saxta nikaha daxil olurlar. Məlumatda bildirilir ki, 1975-1980-ci illərdə doğulmuş miqrantlar bu şəhərin təqaüd yaşında olan qadınları ilə nikah bağlayır və onların evlərinə qeydiyyata düşürlər. Nikaha girmiş qadınlar etiraf ediblər ki, qafqazlılar nikaha daxil olanda 100 ABŞ dolları miqdarında pul verir, onların mənzil-kommunal xərclərini ödəyirlər. “Belta” yazır ki, bu üsulla leqallaşan şəxslər sonradan öz ailələrini Qrodnoya gətirir, burada kommersiya fəaliyyəti ilə məşğul olurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR