Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə bağlı sənədli film hazırlayacaq

Dünya Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə bağlı sənədli film hazırlayacaq
# 02 noyabr 2007 10:39 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi ilə “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin rəhbərliyi arasında görüş keçirilib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndəliyin sədri İsmayıl Ağayev DAK haqqında məlumat verib, Xocalı soyqırımının bütün dünyaya tanıtdırmaq üçün bir çox işlərin görülməsinin zəruri olduğunu deyib. O, soyqırımı ilə bağlı yaxın günlərdə növbəti tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Tərəflər soyqırımı ilə bağlı rus və ingilis dillərində sənədli film hazırlamaq qərarı veriblər. Film hazır olduqdan sonra onu ayrı-ayrı dövlətlərdə yaymaq nəzərdə tutulub. İctimai Birliyin sədri Şamil Ələkbərli bu işdə yaxından iştirak edəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR