Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyində türkiyəli sabiq millət vəkili Turhan Çömezlə görüş keçirilib

DAK-ın Azərbaycan nümayəndəliyində türkiyəli sabiq millət vəkili Turhan Çömezlə görüş keçirilib
# 02 noyabr 2007 15:38 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyində Azərbaycanda keçirilən Kərkük günləri çərçivəsində Bakıda olan türkiyəli sabiq millət vəkili, Azərbaycan və Kərküklə bağlı araşdırmalar aparan Turhan Çömez və digər nümayəndələrlə görüş keçirilib. APA-nın məlumatına görə, DAK-ın Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev qonaqlara fəaliyyətləri barədə geniş məlumat verərək, bu gün türk dünyasının ortaq dərdi olan Qarabağ və Kərkük problemindən söz açıb. Türkiyəli qonaq çıxış edərək, türkmənlərin üzləşdiyi çətinliklərin həlli üçün bütün türklərin fəaliyyət göstərməsinin vacibliyini bildirib. DAK-ın sədr müavini, millət vəkili Sabir Rüstəmxanlı, akademik Vəli Əliyev, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı çıxış edərək, ortaq problemlərin həlli üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR