Bank Of Baku

Bakıda “Kərkük gecəsi” adlı konsert proqramı keçirilib

Bakıda “Kərkük gecəsi” adlı konsert proqramı keçirilib
# 02 noyabr 2007 16:15 (UTC +04:00)
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə “Kərkük gecəsi” adlı konsert proqramı keçirilib. APA-nın məlumatına görə, konsert proqramında Kərkükdən dəvət olunan Əbdürrəhman Kazılay, Mehmet Özbək, Rasim Karkok, türkiyəli sənətçi Əhməd Şəfəqlə yanaşı, Azərbaycandan olan sənətçi Baloğlan Əşrəfov da çıxış edib. Bundan başqa, tədbirə qonaq qismində yazıçı Anar, bəstəkar Oqtay Zülfüqarov, Sabir Rüstəmxanlı və başqa mədəniyyət və incəsənət nümayəndələri qatılıb.
Tədbirlə bağlı APA-ya açıqlama verən Azəri-Türk Qadınlar Birliyinin sədr Tənzilə Rüstəmxanlı bildirib ki, bu gecədə əsas məqsəd Azərbaycanda Kərkük havası yaratmaq, mənəvi olaraq Kərkük qardaşlarımızın yanında olduğumuzu, mənən dəstəklədiyimizi göstərməkdir: “Tədbir kərküklülərin “Türkmən İli” televiziyasında yayımlanacaq. Əminəm ki, bununla kərküklülər azərbaycanlıların onları nə qədər sevdiyini və türk dünyasının, Azərbaycanın bir parçası və Füzulinin vətəni olaraq onları heç vaxt unutmadıqlarını görəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR