Bank Of Baku

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Azərbaycan xalqına müraciət edib

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Azərbaycan xalqına müraciət edib
# 03 noyabr 2007 12:57 (UTC +04:00)
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, xalq sairi Söhrab Tahir və qurumun 31 üzvünün imzası ilə Azərbaycan xalqına müraciət ünvanlanıb. Mərkəzdən APA-ya verilən məlumata görə, müraciətdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılardan birləşməsi istənilib: “Bəzən bu birlik böhrana uğrayır. Buna misal olaraq Dünya Azərbaycanlıları Konqresinin son aylardakı fəaliyyətini göstərmək olar. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi konqresdəki bu böhranlı vəziyyəti görərək Avropada və Amerikada yaşayan diaspor sahəsində əməyi olan DAK-ın İdarə Heyətinin bütün üzvlərinə müraciət edir. Milli mənafeyimiz üçün şəxsi maraqları qoyub, bir qurumda Vahid Azərbaycan naminə birləşək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR