Bank Of Baku

Azərbaycan hökuməti İraq türkmənlərinə yardım edəcək

Azərbaycan hökuməti İraq türkmənlərinə yardım edəcək
# 05 noyabr 2007 14:14 (UTC +04:00)
Bu ilin sentyabrında birliyin təşəbbüsü ilə İraq Türkmən Cəbhəsi liderlərinin Azərbaycana səfəri zamanı ölkəmizdən İraq türkmənlərinə ciddi dəstək olacağı barədə verilən vədlərin gerçəkləşdirilməsi istiqamətində addımlar atmağa başlanıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun imzası ilə ADİB-ə daxil olan məktubda bildirilib ki, nazirlik İraq türkmənləri ilə bağlı Təhsil və Mədəniyyət və Turizm nazirliklərinə rəsmi sorğu göndərərək müvafiq cavablar alıb: “Təhsil Nazirliyinin cavab məktubunda deyilir ki, Azərbaycan hökuməti İraq Türkmən Cəbhəsi üçün türkmənlərin Azərbaycan ali məktəblərində təhsil alması məqsədilə dövlət hesabına lazımi miqdarda kvotalar ayıra bilər. Cavabda bildirilib ki, bu məsələ müsbət həll olunacağı təqdirdə, nazirlik müvafiq tədbirləri həyata keçirə bilər”.
Mədəniyyət və Turizm Nazirliyi isə İraq türkmənlərinə çap məhsullarının istehsalı, İraq ərazisində yerləşən türk mədəni irsinin siyahıya alınması və inventarlaşdırılması, silahlı münaqişə dövründən sonra abidələrin bərpası, birgə etnoqrafik, mədəni, tarixi, elmi əsərlərin hazırlanması, nəşri, Azərbaycanın turizm üzrə təhsil müəssisələrində İraq türkmənlərinin təhsil alması və s. sahələrdə yardım göstərə biləcəyini bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR