Bank Of Baku

Diaspora təşkilatlarının Dünya Azərbaycanlıları Konqresi ilə birləşməsi üçün danışıqlar aparılır

Diaspora təşkilatlarının Dünya Azərbaycanlıları Konqresi ilə birləşməsi üçün danışıqlar aparılır
# 06 noyabr 2007 13:06 (UTC +04:00)
Azərbaycan diaspora təşkilatlarının Dünya Azərbaycanlıları Konqresi ilə birləşməsi üçün danışıqlar aparılır. Bu barədə APA-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr müavini Sabir Rüstəmxanlı məlumat verib. O bildirib ki, bəzi diaspora təşkilatları bu istəklə DAK-a müraciət edib. Hələlik təfərrüatları açıqlamaq istəməyən deputat güclü diaspora təşkilatının yaradılmasına ehtiyac olduğunu söyləyib: “Diaspora təşkilatlarının DAK-da birləşərək güclü diaspora qurumunun yaradılmasına ehtiyac var. Ayrı-ayrılıqda özünü diaspora təşkilatı hesab edən qurumlar Azərbaycanın problemlərini dünyaya çatdırmağa çalışır. Amma bu qüvvələr birləşsə, problemlərimizi beynəlxalq təşkilatlara daha ciddi şəkildə çatdıra bilərlər. Hesab edirəm ki, bu məsələdə fikir ayrılığı olmamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR