Bank Of Baku

DAK-ın Azərbaycan nümayəndəliyində Avropadakı Azərbaycan diasporasının təmsilçilərinin iştirakı ilə tədbir keçirilib

DAK-ın Azərbaycan nümayəndəliyində Avropadakı Azərbaycan diasporasının təmsilçilərinin iştirakı ilə tədbir keçirilib
# 07 noyabr 2007 13:51 (UTC +04:00)
Bu gün Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyində Avropada fəaliyyət göstərən diaspora qurumlarının təmsilçilərinin iştirakı ilə tədbir keçirilib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev Avropa universitetlərində Azərbaycanın tarixi torpaqları İrəvan, Göyçə, Zəngəzur və digər ərazilər haqqında elmi-praktik konfransların keçirilməsi təklifi ilə çıxış edib. Türkiyənin Avropada yayımlanan “ATV Avrupa” televiziyasının Hollandiya təmsilçisi Güner Ağrı isə milli problemlərdən danışıb və xarici ölkələrdəki Azərbaycan təşkilatlarının bir-biri ilə yola getmədiyini söyləyib. Tədbirdə Türkiyə ilə Azərbaycanın diaspora təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR