Bank Of Baku

Azərbaycan diasporunun nümayəndələri “Avropa qeyri-hökumət təşkilatlarının I qurultayı”na qatılıb

Azərbaycan diasporunun nümayəndələri “Avropa qeyri-hökumət təşkilatlarının I qurultayı”na qatılıb
# 12 noyabr 2007 08:48 (UTC +04:00)
Noyabrın 9-10-da Niderland Krallığının Amsterdam şəhərində “Avropa qeyri-hökumət təşkilatlarının hüquqi şərtləri və perspektivləri” mövzusunda I Qurultay keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurultaya Avropanın 12 dövlətinin təmsilçisi qatılıb. Bu tədbirdə Azərbaycan icmasını iki soydaşımız Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova və “Kids&Respect” cəmiyyətinin prezidenti, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi İdarə Heyətinin üzvü Leyla Babayeva təmsil edib. Avropada fəaliyyət göstərən QHT-lərin dövlətin demokratik sistemindəki rolu barədə də müzakirələrin aparıldığı qurultayda Vətəndaşlıq Cəmiyyətlərinin Avropa Kontekstinin sədri, professor Tymen J. van der Ploeq, Avropa Komissiyasının nümayəndəsi L.Legris, Avropa Şurasının nümayəndəsi Sophie Meudal-Leenders və Avropanın başqa tanınmış alimlərinin çıxışları dinlənilib. Onlar Azərbaycanın elm dünyası ilə fəal əməkdaşlığını xüsusi qeyd edərək, Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərovun Amsterdam Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbələri qarşısındakı mühazirəsini yüksək qiymətləndiriblər. Gülşən Kazımovanın çıxışında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin QHT-lərlə əməkdaşlıq mexanizmini və iş prinsipini “analoqu olmayan sistem” adlandırması avropalı alimlərin marağına səbəb olub. Qurultayda həmçinin qərara alınıb ki, Amsterdam Universitetinin alimləri Azərbaycan diaspor təşkilatları ilə birlikdə Qafqaza aid I Beynəlxalq Konfrans keçirsinlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR