Bank Of Baku

Kaliforniyanın azərbaycanlı icmasının üzvləri konqresmen Ceyn Harmanla görüşüblər - FOTOSESSİYA

Kaliforniyanın azərbaycanlı icmasının üzvləri konqresmen Ceyn Harmanla görüşüblər - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 12 noyabr 2007 12:33 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, Kaliforniyanın Los-Anceles Universitetində bas tutan görüş ştatın 36-cı dairəsindən ABŞ ali qanunvericilik orqanına seçilən konqresmen Ceyn Harmana xüsusi mükafatın təqdim olunması mərasimində bas verib. Uzun illər Kaliforniyanın qubernatoru olmuş Tom Bredlinin adini daşıyan Beynəlxalq Mərkəzin təqdim etdiyi mükafatın təqdim olunması mərasiminə Azərbaycan Amerika Şurası (Cənubi Kaliforniya, Irvin səhəri) və Amerikanın Şimali Azərbaycan Mədəniyyət Mərkəzinin (Şimali Kaliforniya, San-Fransisko şəhəri) təmsilçiləri Cavid Hüseynov, Samir Lütvəliyev və Rövşən Rzayev qatılıblar. Onlar konqresmenə Heydər Əliyev Fondunun Qarabağda işğal olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılan abidələr barədə və Xocalı soyqırımı haqqında kitabları təqdim ediblər. Qeyd edək ki, Türk icmasının da qatıldığı tədbir binasının kənarında 50-yə yaxın erməni tələbə etiraz aksiyası keçiriblər. Buna səbəb bir müddət əvvəl konqresmen Harmanın qondarma “erməni soyqırımı” məsələsinin Konqresdə müzakirəsinə qarşı səs verməsidir. Qeyd edək ki, adı çəkilən konqresmen Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktub göndərərək məlum qətnamənin ABŞ-Türkiyə arasında ciddi problem yaradacağını bildirib. /APA/











1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR