Bank Of Baku

Kanadada Azərbaycan məktəbliləri üçün kitab toplama kampaniyası keçirilib

Kanadada Azərbaycan məktəbliləri üçün kitab toplama kampaniyası keçirilib
# 13 noyabr 2007 08:12 (UTC +04:00)
Monreal şəhərində Kvebekdə İkinci Dil kimi İngilis Dilinin Öyrənilməsinin Təşviqi Cəmiyyətinin konfransı keçirilib. APA-nın məlumatına görə, konfrans zamanı Azərbaycan məktəbliləri üçün ingilis dilində kitab toplama kampaniyası aparılıb. Bu tədbir MakQill və Konkordiya Universitetlərinin müəllimi, 2001-2002-ci illərdə elmi-pedaqoji proqram çərçivəsində Azərbaycan Dillər Universitetində işləmiş Sara Kennedi və Azərbaycan Dövlət Dillər Universitetinin sabiq müəllimi Ülkər Şəfiyeva tərəfindən həyata keçirilib. Bu tədbir artıq üçüncü ildir Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilir. 2005-ci ildə toplanmış kitablar Azərbaycan İngilis Dilli Müəllimlər Assosiasiyasına (AZETA) göndərilib. 2006-cı ildə əldə olunan kitablar Azərbaycan Dövlət Dillər Universitetinə, Bakı Dövlət Universitetinə və digər təhsil ocaqlarına paylanılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR