Bank Of Baku

ABŞ-ın Cochise Universitetində “Azərbaycan gəncliyi: dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib

ABŞ-ın Cochise Universitetində “Azərbaycan gəncliyi: dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib
# 14 noyabr 2007 10:06 (UTC +04:00)
“İRƏLİ” Gənclər Hərəkatının ABŞ-ın Arizona ştatında yerləşən Cochise Universitetində təhsil alan üzvü Aidə Səmədovanın təşkilatçılığı ilə bu universitetdə “Azərbaycan gəncliyi: dünən və bu gün” mövzusunda dəyirmi masa keçirilib. Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan himni ilə başlayan tədbirdə Azərbaycanla bağlı videoçəkilişlər nümayiş etdirilib. Daha sonra Heydər Əliyev barədə söz açılıb, Azərbaycan-Amerika münasibətləri haqda məruzə dinlənilib. Dəyirmi masa iştirakçılarına Azərbaycan gənclərinin durumu və gənclər təşkilatları ilə bağlı məlumat verilib. A. Səmədova həmçinin “İRƏLİ” Gənclər Hərəkatının fəaliyyəti barədə danışıb. Universitetin ictimai işlər üzrə dekanı Dr. Robert Mapp dəyirmi masada çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR