Bank Of Baku

DAK-ın Ukrayna nümayəndəliyi növbədənkənar qurultayın əleyhinədir

DAK-ın Ukrayna nümayəndəliyi növbədənkənar qurultayın əleyhinədir
# 14 noyabr 2007 13:10 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyi qurumun sədri Qulamrza Səbri Təbriziyə, İdarə Heyətinə və Nəzarət-Təftiş Komissiyasına müraciət edib. Nümayəndəlikdən APA-ya daxil olan müraciətdə son zamanlar DAK-da yaranan çaxnaşmalarla bağlı yerli təşkilatın fikirləri öz əksini tapıb. DAK-ın iyulun 7-də keçirilən qurultayında Ukrayna nümayəndəliyinin iştirak edə bilmədiyini xatırladan müraciət müəllifləri bunun günahını keçmiş rəhbərlikdə görüblər. Nəticədə 17 nəfərə biletlərdən 5100 ABŞ dolları, otel xərclərindən isə 7500 ABŞ dolları ziyan dəydiyi bildirilib: “Bu günə qədər həmin pulun geri qaytarılması haqda nə İdarə Heyəti, nə Nəzarət-Təftiş Komissiyası heç bir tədbir görməyib. Bu da Ukrayna nümayəndəliyinin 12 nəfər fəal üzvünün bizdən ayrılmasına səbəb olub”. Müraciətdə nümayəndəliyin DAK-ın növbədən kənar qurultayının keçirilməsinə tərəfdar olmadığı bildirilir: “Hesab edirik ki, qurultay Nizamnaməyə əsasən iki ildən bir keçirilməlidir”. Müraciət müəllifləri İdarə Heyətinin üzvlərinin mətbuatda çıxışlar edərkən səbirli və təmkinli olmağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR