Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin Rusiya Nümayəndəliyi təşkilat rəhbərliyinə müraciət edib

Dünya Azərbaycanlıları Konqresinin Rusiya Nümayəndəliyi təşkilat rəhbərliyinə müraciət edib
# 19 noyabr 2007 10:50 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Rusiya Nümayəndəliyi qurumun sədri Qulamrza Səbri Təbriziyə, İdarə Heyətinə, Mərkəzi Nəzarət Təftiş Komitəsinə və bütün təşkilat fəallarına konqres daxilində baş verənlərlə bağlı müraciət edib. DAK Rusiya Nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə DAK-ın məqsəd və məramının dünyada yaşayan azərbaycanlılar arasında birlik yaratmaq olduğu vurğulanıb və təşkilatın İdarə Heyətinin üzvləri arasında baş verən çəkişmələrə son qoyulması üçün tədbirlər görülməsi istənilib: “DAK fəaliyyət göstərdiyi bu illər ərzində müxtəlif təsirlərə məruz qalsa belə, çətinliklə də olsa, xalqın mənafeyinə qulluq edən insanların səyi nəticəsində özünü qoruyub saxlaya bilib. Lakin DAK bir çox ölkələrdə fəaliyyətini genişləndirə bilməyib. Bunun səbəbi isə dünyanın müxtəlif yerlərində yaşayan və dövlətinin mənafeyi naminə çalışmağa cəhd göstərən soydaşlarımıza, onların birliyinə əngəl olmağa çalışan qüvvələrin təşkilat daxilində vaxtaşırı yaratdığı ixtilaflardır. 2007-ci il iyulunda Almaniyanın Köln şəhərində keçirilən DAK-ın IX Qurultayında təşkilatın rəhbərliyində dəyişiklik olmuş və yeni idarəçilik formasında fəaliyyətini davam etməyə başlamışdır. Son vaxtlar isə DAK rəhbərliyində yaranan daxili narazılıqlar, təşkilatın bütün sağlam fikirli qüvvələrində narahatlıq doğurur. DAK-ın Rusiya Nümayəndəliyi təşkilatın daxilində təxribat yaratmağa çalışan qüvvələrlə razılaşmır və müxtəlif bəhanələrlə qurultay çağırılmasına qarşı olduğumuzu bildirir. Mərkəzi Nəzarət Təftiş Komitəsinə müraciət edərək, son qurultayda qəbul olunan qərarların şübhə altına alınmasına və ya başqa səmtə yönəlməsinə çalışanlara qarşı ciddi tədbir görməsini xahiş edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR