Bank Of Baku

Sabir Rüstəmxanlı: “Cavad Derəxti Dünya Azərbaycanlıları Konqresindən çıxarılacaq”

Sabir Rüstəmxanlı: “Cavad Derəxti Dünya Azərbaycanlıları Konqresindən çıxarılacaq”
# 19 noyabr 2007 13:01 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) keçmiş sədri Cavad Derəxti təşkilatdan çıxarılacaq. DAK sədrinin müavini Sabir Rüstəmxanlı APA-ya bildirib ki, C. Derəxti təşkilatın nizamnaməsinə riayət etmədiyinə və mətbuatı yalan informasiyalara aldatdığına görə DAK-dan uzaqlaşdırılacaq. DAK İdarə Heyətində baş verənlərin səbəbinin siyasi biliyin az olması ilə əsaslandıran S. Rüstəmxanlı C. Derəxtini dəstəkləyənləri şəxsi iddialarının qurbanı adlandırıb: “Cavad Derəxtinin ətrafında olanlar da onun öz səviyyəsindədir. Amma həmin adamların təşkilatdan çıxarılması məsələsinə baxılmayacaq. Bundan başqa, DAK heç kimin deyil və İsveçin Vergi Agentliyinin problemi konqreslə yox, Derəxtinin özü ilədir”. DAK-ın adından kiminsə istifadəsinə icazə verilməyəcəyini də diqqətə çatdıran S. Rüstəmxanlı lazım olan beynəlxalq təşkilatlara müraciət ediləcəyini deyib: “Heç kim DAK adında təşkilat yarada bilməz. Biz bu məsələ ilə əlaqədar beynəlxalq qurumlara müraciət edəcəyik ki, Cavad Derəxtinin qanunsuz fəaliyyəti məhdudlaşdırılsın. Təəssüf ki, hökumətdə də kimlərsə Cavad Derəxtini dəstəkləyir və qurumun parçalanmasında maraqlıdır. Amma onlar da bilsinlər ki, DAK artıq mövcuddur, ikincisi yarana bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR