Bank Of Baku

DAK İdarə Heyətinin üzvü Cavad Derəxtinin fəaliyyəti dondurulub

DAK İdarə Heyətinin üzvü Cavad Derəxtinin fəaliyyəti dondurulub
# 20 noyabr 2007 12:21 (UTC +04:00)
DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, DAK İdarə Heyətinin üzvü Cavad Derəxti təşkilatın Nizamnaməsini kobud şəkildə pozaraq, ötən Qurultayın qərarlarına sayqısızlıq göstərərək Azərbaycanın müxtəlif mətbuat orqanlarına özünü DAK sədri kimi təqdim edib, guya 2008-ci ilin fevral ayında DAK-ın IX Qurultayının keçiriləcəyi ilə bağlı yanlış məlumatlar verib: “Cavad Derəxti Bakıda olduğu dövrdə DAK İH üzvləri tərəfindən dəfələrlə görüşə dəvət olunsa da, hörmətsizlik göstərərək bundan boyun qaçırıb. Cavad Derəxtinin bu hərəkətləri DAK İH üzvləri, Azərbaycan, Ukrayna və Rusiya nümayəndəlikləri, habelə digər təşkilat fəalları tərəfindən müzakirə olunub və belə qərara gəlinib ki, onun əməlləri Nizamnaməyə zidd olduğu, bölücülük, dağıdıcılıq və qarşıdurma yaratdığı üçün bundan sonra Cavad Derəxtinin DAK İH sıralarında fəaliyyəti dondurulur”. Qeyd edək ki, bəyanatı DAK sədri Qulamrza Səbri Təbrizi imzalayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR