Bank Of Baku

Cavad Derəxti: “İsveç Vergi Agentliyi DAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı mənim adıma sənəd göndərib”

Cavad Derəxti: “İsveç Vergi Agentliyi DAK-ın qeydiyyatının ləğv edilməsi ilə bağlı mənim adıma sənəd göndərib”
# 20 noyabr 2007 15:32 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, sabiq DAK sədri Cavad Derəxti təşkilat daxilində baş verənlərlə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, C. Derəxti bildirib ki, 2007-ci ilin iyulun 7-8-də DAK-ın Almaniyanın Köln şəhərində IX qurultayı keçirilib və Qulamrza Səbri Təbrizi sədr seçilib. O, Qulamrza Səbri Təbrizi sədr seçildiyi gündən qurumun Nizamnaməsini pozduğunu və İdarə Heyəti ilə razılaşdırılmamış qərarlar verdiyini deyib. O, Qulamrza Təbrizinin səhlənkarlığı üzündən DAK-ın bağlanmaq təhlükəsi altında olduğunu da söyləyib: “DAK-ın iyulda keçirilən sonuncu qurultayından sonra dəfələrlə protokolla bağlı məsələni təşkilat rəhbərinə çatdıranda, istehza ilə qarşıladılar. Təəssüf edirəm ki, İsveç Vergi Agentliyi noyabrın 8-də qurumun qeydiyyatını ləğv edilməsi ilə bağlı mənim adıma sənəd də göndərilib”. O, 2008-ci ilin fevralında İsveçin paytaxtı Stokholmda DAK-ın növbədənkənar birlik qurultayının keçiriləcəyinə qərar verildiyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR