Bank Of Baku

Elin Süleymanov: “Azərbaycan diasporu öz potensialından istifadə etmir”

Elin Süleymanov: “Azərbaycan diasporu öz potensialından istifadə etmir”
# 23 noyabr 2007 09:53 (UTC +04:00)
“Azərbaycan diasporunun da ölkəmiz üçün telemarafonlar keçirməsinin vaxtı çoxdan çatıb. Biz istərdik ki, Azərbaycan diasporu daha fəal olsun, gözləməsin ki, ermənilər bir addım atsın, sonra biz cavab verək”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın ABŞ-ın Los-Ancelis şəhərindəki baş konsulu Elin Süleymanov “Hayastan” ümümerməni fondu tərəfindən bu şəhərdə keçirilmiş telemarafona münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan dövləti diasporun fəaliyyətinə dəstək verməyə həmişə hazırdır: “ABŞ vətəndaşının hansısa aksiya keçirməyə imkanları və potensialı çoxdur. Biz istərdik ki, ABŞ-da yaşayan azərbaycanlılar öz imkanlarından yüksək səviyyədə və daha fəal istifadə etsinlər”. Baş konsulun sözlərinə görə, 15 milyon dollar toplamaqla erməni diasporu Qarabağ məsələsini öz xeyrinə həll edə bilməyəcək. Onun fikrincə, erməni diasporunun içindəki radikal qüvvələr guya Ermənistan üçün nəsə etdiklərini nümayiş etdirmək istəyirlər. Əslində isə bu məbləğin bir hissəsi diasporun fəaliyyətlərinin dəstəklənməsinə sərf olunacaq. E. Süleymanov Azərbaycan diasporunun sadəcə vəsait toplamaqla kifayətlənməsini istəmədiyini də söyləyib: “Biz istəyirik ki, diasporumuz siyasi, sosial, iqtisadi və mədəni baxımdan daha ciddi gücə çevrilsin”. Onun sözlərinə görə, Kaliforniyada nə qədər azərbaycanlının yaşadığı dəqiq məlum olmasa da, onların sayı kifayət qədərdir: “Bu ştat ABŞ-da azərbaycanlıların ən çox məskunlaşdığı yerdir. Amma Azərbaycan diasporu öz potensialından istifadə etmir”. Bununla yanaşı, E. Süleymanov
son vaxtlar Kaliforniyada həmvətənlərimiz arasında xeyli canlanma yarandığını, Azərbaycan-Amerika Şurasının da fəallaşdığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR