Bank Of Baku

Almaniyada Azərbaycan gecəsi keçirilib

Almaniyada Azərbaycan gecəsi keçirilib
# 23 noyabr 2007 10:20 (UTC +04:00)
Almaniyanın Maqdeburq şəhərində bu ölkədə təhsil alan azərbaycanlı tələbələr tərəfindən Azərbaycan gecəsi keçirilib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Maqdeburq Universitetinin və yerli tələbə həmkarlar təşkilatının rəhbərliyi tərəfindən dəstəklənən tədbir uzun müddətdən bəri reklamlar vasitəsilə təbliğ edilib və universitetin tələbə şəhərciyində, müxtəlif ölkələri təmsil edən 150 gəncin iştirakı ilə baş tutub. Dörd saat davam edən gecədə Azərbaycan musiqisi təbliğ edilib, ölkəmiz barədə məlumatların təqdimatı keçirilib, alman və ingilis dillərində əyani vəsaitlər paylanılıb. Tədbir Azərbaycan barəsində qısa slaydın nümayişi ilə başlayıb və Azərbaycanın tarixi, əldə etdiyi uğurlar və gənc ölkənin problemləri haqqında qonaqlara informasiya verilib. Daha sonra gecə iştirakçıları Azərbaycan mətbəxinin nümunələri ilə tanış olmaq imkanı əldə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR