Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi “Birlikdən güc doğar” mövzusunda dəyirmi masa keçirib

Dünya Azərbaycanlıları Konqresi  “Birlikdən güc doğar” mövzusunda dəyirmi masa keçirib
# 23 noyabr 2007 12:41 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) “Birlikdən güc doğar” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, DAK İdarə Heyətinin üzvü Vaqif Sultanlı bildirib ki, Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresinin birləşməsi ilə bağlı məsələ artıq həll olunub və bu prosesdən sonra DAK dünyada ən böyük azərbaycanlı diaspor təşkilatı kimi fəaliyyətini davam etdirəcək. V. Sultanlı DAK daxilində baş verən son hadisələrə də münasibətini bildirib: “İyulun 8-də Almaniyanın Köln şəhərində keçirilən qurultaydan sonra konqresin keçmiş sədri Cavad Derəxti sənədləri verməkdən imtina edib və Azərbaycan mətbuatına yanlış informasiya verib. Cavad Derəxti quruma rəhbərlik etdiyi 6 il ərzində DAK-ı iki dəfə parçalayıb. DAK-ın 17 üzvü olduğu halda 5 nəfərin istəyi ilə qurultayın qərarını ləğv etməyə çalışıb və qurumun İsveç Vergi Agentliyi tərəfindən fəaliyyətinin dayandırılması haqda qərar verdiyini deyib. Onun fəaliyyəti DAK Nizamnaməsinə ziddir”.
DAK sədri Qulamrza Səbri Təbrizi deyib ki, konqresin parçalanmasına imkan verməyəcək. O, dünyada yaşayan azərbaycanlı ziyalıların imkanlarından istifadə edərək, qurumun fəaliyyətinin genişləndiriləcəyini də qeyd edib. DAK üzvü Paşa Qəlbinur 2-3 nəfərin iddiası ilə təşkilatın parçalanmasının qeyri-mümkün olduğunu diqqətə çatdırıb. Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) İdarə Heyətinin üzvü Əhməd Obalı hər iki qurumun birləşməsi ilə bağlı yaradılan komissiyanın işindən danışıb. O, birlik qurultayından sonra DAK-ın daha geniş şəkildə fəaliyyət göstərəcəyini vurğulayıb: “Qurumun müstəqil fəaliyyət göstərməsi Azərbaycan dövlətinin xeyrinədir”.
Toplantıda DAK İdarə Heyətinin Cavad Derəxtinin təşkilatdakı fəaliyyətinin məhdudlaşdırılması haqda qərar qəbul etdiyi də bildirilib. DAK-ın keçmiş sədri, qurumun İdarə Heyətinin üzvü Cavad Derəxti isə barəsində deyilənləri əsassız hesab etdiyini deyib: “Qulamrza Səbri Təbrizi sədr kimi fəaliyyətə başladığı ilk gündən nizamnamədən kənar qərarlar qəbul edib. İdarə Heyətinin qərarı olmadan bəzi şəxsləri müxtəlif vəzifələrə təyin edib. Onların məqsədi DAK-da növbəti parçalanma yaratmaqdır. Biz onların bütün fikirlərini mənasız hesab edirik və öz fəaliyyətimizi davam etdirmək niyyətindən geri çəkilməyəcəyik. DAK-ın növbədənkənar qurultayı fevralda keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR