Bank Of Baku

DAK-da srail İsrail Yaxın Şərq Azərbaycanlıları Konqresi və Ahıska Türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyinin nümayəndələri ilə görüş keçirilib

DAK-da srail İsrail Yaxın Şərq Azərbaycanlıları Konqresi və Ahıska Türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyinin nümayəndələri ilə görüş keçirilib
# 23 noyabr 2007 13:21 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyində İsrail Yaxın Şərq Azərbaycanlıları Konqresi və Ahıska Türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyinin nümayəndələri ilə görüş keçirilib. DAK-ın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərin XI Dostluq və Qardaşlıq Qurultayının əhəmiyyətindən danışılıb, İsraildən olan qonaqlara ermənilərin törətdikləri əməllər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalizmindən təkcə azərbaycanlılar deyil, yəhudilər də əziyyət çəkib. Azərbaycanın Quba rayonunda tapılan kütləvi məzarlıq da buna sübutdur.
İsrailin Yaxın Şərq Azərbaycanlıları Konqresinin sədri Aleksandr Şapiro Suliman da bütün məsələlərdə diasporun birgə fəaliyyətinin zəruriliyini vurğulayıb.
Ahıska Türklərinin Mədəniyyət və Həmrəylik Dərnəyinin nümayəndələri isə bu yaxınlarda Türkiyədə erməni soyqırımı və Ahıska türklərinin problemləri ilə bağlı simpoziumun keçirilməsini nəzərdə tutduqlarını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR