Bank Of Baku

Azad Rəhimov: “Los-Ancelesdə Azərbaycanın xaricdə oxuyan tələbələrinin forumu keçiriləcək”

Azad Rəhimov: “Los-Ancelesdə Azərbaycanın xaricdə oxuyan tələbələrinin forumu keçiriləcək”
# 26 noyabr 2007 10:59 (UTC +04:00)
“Los-Ancelesdə Azərbaycanın xaricdə oxuyan tələbələrinin forumu keçiriləcək. Məlumdur ki, ermənilərin Amerikada, Los-Ancelesdə imkanları çoxdur, orda çoxlu varlı ermənilər yaşayır. Onlar çalışırlar ki, bütün vasitələrdən istifadə edib Azərbaycanın musiqisini, mətbəxini mənimsəsinlər. Onların şairləri, bəstəkarları da bizim mədəniyyətimizi oğurlamağa çalışırlar”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov ermənilərin Los-Ancelesdə keçirdiyi telemarafonda Azərbaycan musiqisi və mədəniyyətinin erməni mədəniyyəti kimi təqdim olunmasına münasibət bildirərkən deyib. Bu siyasətin illərlə həyata keçirildiyini qeyd edən nazir Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının ekranlaşdırılmasını yada salıb: “O vaxt Stalin tapşırıq verib ki, filmi tez çəkib efirə verin, sonra ermənilər deyəcəklər ki, bizimdir. O kino çəkildi və nümayiş olundu. Onların bizə qarşı bu siyasəti uzun illərdir aparılır”. Nazir onu da bildirib ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Emil Süleymanovla bu yaxınlarda görüşüb və bu məsələlərlə bağlı danışıb: “O deyir ki, bu şəhərdə ermənilərlə bağlı çoxlu söhbətlər eşidirəm. Amma biz beynəlxalq konfranslarda iştirak edirik və Azərbaycanda bütün dünyanın gənclərini qəbul edirik. Çalışırıq ki, ölkəmizlə bağlı həqiqətləri onlara çatdıraq. Los-Ancelesdə bu yaxınlarda keçiriləcək Azərbaycanlı tələbələrin forumunda Dağlıq Qarabağla bağlı məsələlər ətrafında, Azərbaycanın bugünkü problemləri və onların həllindən, ölkəmizin uğurlarından söhbət açılacaq. Tədbirdə Amerikanın görkəmli senatorları, iş adamları, parlament üzvlərinin də iştirakı nəzərdə tutulub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR