Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq sazişi imzalanıb

Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi arasında əməkdaşlıq sazişi imzalanıb
# 05 dekabr 2007 08:14 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi (DDAK) arasında əməkdaşlıq sazişi imzalanıb. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 4-də imzalanan sazişdə hər iki təşkilat üzərinə müvafiq öhdəliklər götürüb. Sazişdə təşkilatların birləşmə məsələsinin hüquqi qaydada həll edilməsinə qədər birgə əməkdaşlıq etmək məqsədi ilə qarşılıqlı ittihamlardan çəkinmək, qarşı tərəfin mənafeyinə zidd olan hərəkətlərə yol verməmək qeyd olunub. Həmçinin hə iki qurum dünya azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində də əlaqələrini koordinasiya edəcək, birgə fəaliyyət proqramının işlənib hazırlanmasına çalışacaq. Sazişdə 2008-ci ilin mayında keçirilməsi nəzərdə tutulan birlik qurultayının keçirilməsi ilə də bağlı müddəalar öz əksini tapıb. Saziş DAK üzrə Birlik komissiyasının sədri Sabir Rüstəmxanlı və DDAK üzrə Birlik komissiyasının sədri Əhməd Obalı tərəfindən imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR