Bank Of Baku

Amerikanın elm xadimlərinin Berkliy Universitetində keçirilən Azərbaycan gənclərinin ikinci elmi konfransı ilə bağlı fikirləri - EKSKLÜZİV

Amerikanın elm xadimlərinin Berkliy Universitetində keçirilən Azərbaycan gənclərinin ikinci elmi konfransı ilə bağlı fikirləri - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 06 dekabr 2007 09:40 (UTC +04:00)
Dekabrın 1-də ABŞ-ın Berkliy Universitetində keçirilən Azərbaycan gənclərinin ikinci elmi konfransının nəticələrini dəyərləndirən Tomas Qoltz azərbaycanlı gənclərin məsələlərə geniş şəkildə yanaşmasından, onların Azərbaycan barədə məlumat yaymaq həvəsindən məmnun qaldığını deyib: “Konfransda iştirak edən köhnə dostlarımı görəndən və xüsusən dinamik Azərbaycan gəncləri arasında yeni dostlar tapandan sonra dərs dediyim Montana Universitetinə cavanlaşaraq qayıtdım. Azərbaycan gənclərinin məsələlərə geniş yanaşması, onların ölkələri barədə məlumat yaymaq həvəsi məni məmnun etdi. Mənim üçün xüsusən ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırovun və Azərbaycan Amerika Şurasının icraçı direktoru Ülviyyə Nəsibovanın Naxçıvanın abidələri və albanlarla bağlı çıxışları çox maraqlı oldu. Mən bu çıxışların mətnini artıq əldə etmişəm və SSRİ dövründən sonrakı Qafqaz tarixi sinfimdə tələbələrimlə bölüşəcəyəm. Forumun təşkilatçıları gözəl layihə həyata keçirdilər və mən fəxr edirəm ki, Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan Amerika Şurası və ümumiyyətlə Azərbaycanla bağlıyam”. Forumda “Əli və Nino” əsərinin müəlliflik suallarının araşdırılması” mövzusunda çıxış edən “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer də APA-nın ABŞ bürosuna verdiyi açıqlamada bu forumda iştirakdan məmnun qaldığını deyib: “Elmi forumda iştirak etmək çox həyəcanlandırıcı idi. Ağıllı, düşüncəsini aydın ifadə edə bilən, bacarıqlı Azərbaycan gənclərinin ciddi araşdırmalar vasitəsi ilə öz ölkəsinə xidmət göstərməsini izləmək çox gözəl idi. Necə deyərlər, öz tarixi keçmişini, ədəbiyyatını, incəsənətini, elminin keçmişini bilməyən bir millət gələcəyini qura bilməz. Ancaq gənclər özlərini hazırlaya bilər, israrla, səbirlə və həvəslə çox çalışıb, çox araşdırma aparıb fərq yarada bilərlər. Ümid edirəm ki, iştirak etdiyimiz elmi forumun təcrübəsi dünyanın digər yerlərində də tətbiq ediləcək. Niyə də yox? Mən bu tədbiri dəstəklədiyi üçün və xüsusilə sosial elmlər sahəsində çox ehtiyac duyulan dərin araşdırmalar aparılmasını maliyyələşdirdiyi üçün Azərbaycan hökumətini alqışlayıram. Ümid edirəm ki, bu forum gələcəkdə daha böyük işlər üçün nümunə olacaqdır”. Forumda “Qloballaşma dövründə sərhədlərarası Azərbaycan əhalisi” mövzusunda çıxış edən Tafts Universitetinin Fletçer Məktəbinin əməkdaşı Cefri Qreş tədbir çərçivəsində ABŞ və bütün dünyadan dəvət buyurmuş azərbaycanlı gənclərlə görüşünə şad olduğunu deyib: “Tədbir gözəl təşkil olunmuşdu və forum bir çox sahələrdə ixtisaslaşan ekspert və alimləri bir araya gətirdi. İnanıram ki, ənənəvi hal alan ikinci elmi forum Azərbaycan və Cənubi Qafqazda müşahidə olunan bir çox fərqli mövzular ətrafında diskussiyalar və dialoq aparmağa imkan yaratdı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR