Bank Of Baku

Moskvada Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib

Moskvada Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib
# 07 dekabr 2007 14:11 (UTC +04:00)
Dünən Moskvanın “Bakı” kinoteatrında Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2007-ci ilin yekunlarına dair hesabat dinlənilib, regional təşkilatların sədrləri və regional bölmələrin gənclər qurumlarının rəhbərləri çıxış edərək görülmüş işlər barədə məlumat veriblər. İclasda 2008-ci il üçün təşkilatın qarşısında duran vəzifələr də müəyyənləşdirilib. Rusiyanın Azərbaycan İcmasının Forumu da keçirilib. Forumda 7 nominasiya üzrə mükafatlar sahiblərinə təqdim olunub. Mükafat təqdim olunan şəxslər arasında Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da var. Tədbir Azərbaycandan dəvət olunan müğənnilər Röya və Tünzalə Ağayevanın ifasında konsert proqramı ilə başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR