Bank Of Baku

DAK Stokholmda “21 Azər” hərəkatının 62-ci ildönümünə həsr olunmuş tədbir keçirib

DAK Stokholmda “21 Azər” hərəkatının 62-ci ildönümünə həsr olunmuş tədbir keçirib
# 10 dekabr 2007 11:58 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) dekabrın 7-də Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 1945-46-cı illərdə mövcud olan “21 Azər” hərakatının 62-ci ildönümü ilə bağlı Stokholmda tədbir keçirib. DAK sədri Qulamrza Səbri Təbrizinin APA-ya verdiyi məlumata görə, tədbirdə “21 Azər” hərəkatının tarixi əhəmiyyətindən danışılıb və o zamanki İran hökumətinin azərbaycanlılara qarşı münasibəti pislənilib. Tədbirdə qeyd olunub ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında 1945-46-cı illərdə mövcud olan Azərbaycan dövləti süquta uğradıqdan sonra, minlərlə azərbaycanlı İran şahı Rza şah Pəhləvinin əmri ilə edam edilib, bir o qədər də insan ölkəni tərk etmək məcburiyyətində qalıb. Toplantıda hazırkı İran dövlətinin də azərbaycanlılarla bağlı siyasəti də tənqid edilib və bu ölkədə yaşayan azərbaycanlıların milli haqlarının pozulduğu vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR